Pekində keçirilən Syanşan Təhlükəsizlik Sammitində iştirak etmək üçün ölkəmizin nümayəndəsi kimi Çinə səfər edən İran İslam Respublikası Ordusunun Baş Qərargah rəisi və koordinasiya üzrə müavini Admiral Həbibullah Səyyari Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin ilə görüşdə Xəzərin sülh və dostluq dənizi olduğunu deyərək, Xəzər dənizi ilə həmsərhəd olan ölkələrin əcnəbilərin olmasına ehtiyac olmadan bu dənizin kollektiv təhlükəsizliyinin təmin edilməsində iştirak etmək səylərinin zəruriliyini vurğulayıb.
Dəniz sahəsində (şimal və cənubda) əməkdaşlığın inkişafı, o cümlədən, birgə dəniz patrulları və ixtisaslaşdırılmış təlimlərin keçirilməsi bu görüşdə müzakirə edilən digər məsələlərdəndir.
Sizin rəyiniz